Seçkiləri izləyəcək ATƏT nümayəndələrinin sayı məlum oldu

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası artıq bir aydan çoxdur Azərbaycandadır. Onlar sabahkı seçkiləri tam tərkibdə müşahidə edəcəklər. Onların nümayəndə heyəti ümumilikdə 266 nəfərdən ibarətdir.

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

“Bundan əlavə, ATƏT-in Parlament Assambleyasının 96 müşahidəçisi seçkiləri izləyəcək. Adətən bu qurumlar səsvermənin nəticəsi ilə bağlı birlikdə hesabat hazırlayırlar”, - deyə MSK-nın sədri əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı