Bu gün Bakıda Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva 11700 dollar məbləğində pul tapıb.
Metbuat.az xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.
Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.
Sözügedən görüntüləri təqdim edirik: