​Xankəndi seçkilərə tam hazırdır

İşğaldan azad olunan Xankəndi şəhərində fevralın 7-sində keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq görülüb.

Metbuat.az-ın məlumatına görə, 122 saylı Xankəndi seçki dairəsi üzrə 2 seçki məntəqəsi yaradılıb. 14 və 15 saylı seçki məntəqələrində bütün hazırliq işləri tamamlanıb. 122 saylı dairədə 15 məntəqə fəaliyyət göstərir. Onlardan ikisi Xankəndi şəhərində, digər 13-ü isə ölkənin digər bölgələrində yerləşir. Bütün məntəqələr, o cümlədən Xankəndi şəhərindəki 14 və 15 saylı məntəqələrdə səsvermə uçün zəruri şərait mövcuddur.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı