Seçkilərin ilkin nəticələri bu vaxt elan ediləcək

"Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Kompüterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulub. Bu da bütün məlumatların MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcək".

Metbuat.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, seçkilərlə bağlı məlumatlar MSK-nın internet səhifəsində yerləşdiriləcək, ilkin nəticələrin isə 21:00-da elan olunması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR