Füzuli şəhərində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə AzTV-nin Füzuliyə ezam olunmuş əməkdaşı birbaşa bağlantıda məlumat verib.
Bildirilib ki, səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə edilir.
Seçki məntəqəsində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrini aparmaları üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.