Robin van Persi məşqçi olur - “Mançester Yunayted”ə gəldi

Niderlandlı sabiq futbolçu Robin van Persi UEFA-nın peşəkar məşqçi lisenziyasının tələblərini yerinə yetirmək üçün “Mançester Yunayted”in Trafford Məşq Mərkəzində olacaq.

Metbuat.az xəbər verir ki, “Mançester Yunayted” keçmiş hücumçusuna baş məşqçi Erik ten Haqın rəhbərliyi altındakı məşqləri izləmək və personalla müsahibə etmək şəraiti yaradıb.

Qeyd edək ki, van Persi karyerasının 8 ilini “Arsenal”da keçirib. Niderlandlı futbolçu 278 oyunda 132 qol vurub ki, bu da “topçular”ın tarixində ən yaxşı səkkizinci göstəricidir. 2012-ci ildə isə niderlandlı futbolçu “Mançester Yunayted”ə keçib. Hücumçu şotlandiyalı çalışdırıcı Aleks Ferqyusonun karyerasının son Premyer Liqa çempionluğuna (2012/2013) nail olmasında müstəsnə rol oynayıb. O zaman futbolçu 26 qolla turnirin bombardiri olub. Ümumilikdə van Persi “Mançester Yunayted”də 105 oyunda 58 dəfə fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı