"Seçkinin nəticələri Azərbaycanın inkişafında mühüm amil olacaq" - İqor Korotçenko

"Növbədənkənar prezident seçkiləri dövlətin irəliyə doğru hərəkətinin gələcək vektorunu müəyyən edəcək mühüm hadisədir”.

Metbuat.az xəbər verir ki, bunu ölkəmizdə müşahidəçi qismində iştirak edən Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

“Hesab edirəm ki, Azərbaycanda seçicilərinin yüksək fəallığı vətənpərvərlik hissinin, öz ölkəsi qarşısında məsuliyyət hissinin təzahürüdür. Bütün bunlar Azərbaycanın inkişafında və irəliyə doğru hərəkətində mühüm amil olacaq. Biz buradayıq, beynəlxalq müşahidəçilər kimi yüksək seçki fəallığı müşahidə edirik. Xüsusəndə seçki komissiyalarının üzvləri bu məsələdə xüsusi həssaslıq nümayiş etdirirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı