Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliklərində səsvermə yekunlaşdı

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində, Batumi şəhərindəki Baş konsulluğunda keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 47 saylı seçki məntəqəsində vətəndaşlarımız yüksək fəallıq göstəriblər. Seçicilərin 89,04 faizi səs verib. Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

Baş Konsul Pərviz İsmayılzadə də "Report"un yerli bürosuna bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 57 saylı seçki məntəqəsində Batumidə müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə yüksək fəallıq göstəriblər.

Seçicilərin 100 faizi səsvermədə iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı