Otuz ildən sonra ilk dəfə Qarabağda prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin inamlı qələbəsi münasibətilə Şuşa şəhərində avtomobillərin yürüşü və atəşfəşanlıq olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.
Metbuat.az fotoları təqdim edir.
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.