"Olduğum dairələrdə heç bir qayda pozuntusuna şahid olmadım" - Deputat

"Prezident İlham Əliyevin Xankəndi şəhərində səs verməsi tarixə qızıl hərflərlə yazıldı".

Bu sözləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, prezident seçkiləri çox yüksək seçici fəallığı ilə müşahidə edildi:

"Mən də YAP müşahidəçisi kimi bir çox dairələrdə oldum və bunları gördüm. Ən əsas məqamlardan biri də odur ki, seçki qanunvericilik çərçivəsində keçirildi. Olduğum dairələrdə heç bir qayda pozuntusa şahid olmadım, seçicilər öz fikirlərini azad şəkildə ifadə etdilər.

Bu seçkiləri daha möhtəşəm edən odur ki, seçki ölkəmizin bütün ərazilərində keçirildi - Xankəndidə, Şuşada və bütün işğaldan azad olunmuş ərazilərimizdə. Bu fakt seçkinin əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin Xankəndi şəhərində səs verməsi tarixi əhəmiyyətə malikdir, tarixə qızıl hərflərlə yazılan şərəf günüdür".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı