“Qalatasaray”ın nümayəndəsi Ceng Ergün “Qarabağ”ın futbolçusu Toral Bayramovun oyununu izləyib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” nümayəndəsi Toral Bayramovun alınması üçün kluba hesabat verib. Bildirilib ki, klub nümayəndələri futbolçunun oyununa canlı baxaraq, razı qalıblar.
Qeyd edək ki, Toral Bayramov bu mövsüm 35 oyunda meydana çıxıb. Futbolçu bu oyunlarda 8 qol vurub, 9 məhsuldar ötürmə verib.