Ançelotti Ardaya nöqsan tutdu - "Oynamaq üçün bunu etməlisən"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülerlə görüşərək ona hansı ulduzu nümunə götürməli olduğunu deyib.

Metbuat.az xəbər verir ki, Ançelotti Ardaya bacarıqlarını daha artırmaq barədə tövsiyə verib. “Don Diario”nun xəbərinə görə, Karlo Ançelotti, Brahim Diazın əvvəllər heyətə düşməkdə çətinlik çəkdiyini misal çəkərək sonradan forma almaq üçün çox çalışdığını və bunu əldə etdiyini bildirib. Ançelotti Arda Gülerdən müdafiə bacarığını təkmilləşdirməsini istəyib.

Qeyd edək ki, Arda Güler indiyədək 3 matçda cəmi 76 dəqiqə meydanda olub. Brahim Diaz bu mövsüm start heyətin vacib oyunçulardan biri olub. O, 26 matçda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR