Cüdo yığmamızın “Böyük dəbilqə” üçün heyəti açıqlandı

Cüdo üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, yığmamız yarışda 33 idmançı ilə təmsil olunacaq.

Onlardan 22-si kişi, 11-i qadın cüdoçudur.

Kişilər

60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov

66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov

73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev

81 kq: Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli

90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov

100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov

+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov

Qadınlar

48 kq: Leyla Əliyeva, Könül Əliyeva

52 kq: Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova

57 kq: Fidan Əlizadə, Açelya Toprak

63 kq: Aytac Qardaşxanlı

70 kq: Südabə Ağayeva, Günel Həsənli

+78 kq: Nigar Süleymanova

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 61 ölkənin yarışda iştirakı təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı