"Dövlətimiz belə bir tarixi şəraiti yaratmağı bacardı" - Deputat

"Xankəndidə səsvermənin keçirilməsi olduqca əhəmiyyətlidir, dünyaya subliminal mesaj oldu".

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, bu, tarixi ədalətin təntənəsi kimi qiymətləndirilə bilər:

"Biz müstəqilliyimizi qazananda Xankəndi üzərində nəzarətimizi itirmişdik, indi isə tariximizin yeni mərhələsinə elə Xankəndidən start vermiş olduq. Belə bir tarixi şəraiti də bizim dövlətimiz yaratmağı bacardı.

İşğaldan azad etdiyimiz ərazilərdə 22 min şəxs öz seçki hüququndan istifadə etdi, bu, çox əlamətdar bir hadisə idi həmin insanlar üçün. Məcburi köçkünlərin ilk dəfə olaraq öz torpaqlarında səs verməsi onlar üçün çox böyük mənəvi stimuldur. Xankəndidə seçkilərin baş tutması həmin ərazilərin əzəli sahibinin kim olduğunu bir daha nümayiş etdirdi".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı