"Real Madrid" darmadağınla qalib gəldi

İspaniya La Liqasında XXIV turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, turun mərkəzi görüşündə "Real Madrid" ən yaxın izləyicisi "Jirona"ı qəbul edib.

"Santyaqo Bernabeu"dakı qarşılaşma "kral klubu"nun böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından 4 cavabsız top keçirən paytaxt təmsilçisi liderliyini möhkəmlədib.

Turun digər oyunlarında "Betis" səfərdə "Kadi's"i 2:0, "Osasuna" "Real Sosyedad"ə 1:0 hesabı ilə məğlub edib, "Vilyarreal" isə "Alaves"lə sülhə razılaşıb - 1:1.

Qeyd edək ki, turnir cədvəlinin zirvəsində qərarlaşan "Real Madrid"in 61, ikinci pillədəki "Jirona"nın 56 xalı var. "Barselona" isə 50 xalla üçüncü sırada yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR