Bu il orduda özünü öldürmə halı qeydə alınmayıb - Rəsmi

Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb.

Metbuat.az xəbər verir ki, bunu Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, qeyd olunan dövrdə hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz; hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35, 3 faiz; hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb.

Xüsusi vurğulamaq lazımdır ki, özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə qeydə alınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı