Paşinyan müavinini İrana göndərir

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrana gedəcək.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Nikol Paşinyan imzalayıb.

Qriqoryan Ermənistan Respublikası və İran İslam Respublikasının hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək üçün Tehrana səfər edəcək.

Nümayəndə heyətinə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, iqtisadiyyat nazirinin müavini Narek Teryan, ərazi idarəetmə və infrastruktur nazirinin müavinləri Akop Vardanyan, Armen Simonyan və Kristin Qaleçyan daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı