Bu institutun 5 vəzifəli şəxsi işdən çıxarıldı

Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə Metbuat.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, Direktorlar Şurasının iclasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib. İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı