Yolda "duman" yaradan avtomobil saxlanıldı - VİDEO

Magistral yolda nasaz avtomobillə hərəkət edən sürücü barəsində tədbir görülüb.

Metbuat.az xəbər verir ki, Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb.

Araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları istifadələrində olan avtomobillərə vaxtında texniki qulluq göstərməyə, sazlığından əmin olmadıqları nəqliyyat vasitələrinin istismarından çəkinməyə çağırır və bu kimi səhlənkarlıqların sonradan ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR