Azərbaycanda neft-qaz sektorunda məhsul istehsalı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar ayında 5,2 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artıb.

“Sənaye məhsulunun 66,6 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı