“Azəriqaz” aylıq müraciətlərin sayını AÇIQLADI

2024-cü ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 1 971 müraciət daxil olub.

Metbuat.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

"Edilmiş müraciətlərdən 512-si “Opentext” proqramı vasitəsilə daxil olub ki, bu da, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 82 müraciət azdır. Qeyd edim ki, elektron formada 1459 müraciət daxil olub. Şikayətlər əsasən təbbi qaza görə yaranmış borclar, qaz xəttinin və ya qaz sayğaclarının dəyişdirilməsi və s, məsələlər barədədir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı