“Azəriqaz” vətəndaşlara müraciət etdi

“"Azəriqaz" İstehsalat Birliyinin 104 Qəza-çağrı xidmətinə 4797 abonent qazın olmaması ilə bağlı müraciət edib. Onlardan 1020-si təkrar zəng edərək, yenidən məlumat almaq istəyib. Abonentlərə bildirmək istəyirik ki, onlara qazın olmaması səbəbləri barədə məlumat verirlərsə, səbrli olub, problemin həll olunmasını gözləsinlər”.

Metbuat.az xəbər verir ki, bunu 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib. O qeyd edib ki, təkrar müraciətlər çox zamanı xəttlərin məşğul edilməsinə səbəb olur.

“Əgər mənzildə qaz yoxdursa, birinci qazın sayğacına baxmaq lazımdır. 104 Qəza-çağrı xidmətinə 10 min 374 müraciətin 1135-i sayğaca yönəldilmiş suallardır.

Bizə abonent qazla bağlı şikayət edirsə, onu sayğaca yönləndiririk. Əgər abonent sayğaca baxdıqdan sonra orada hər hansı bir təşviş yaradan hal görərsə, Birliyin “Whatsapp”nömrəsinə yazılı müraciət edə bilərlər. Abonentə cavab yazılmasa belə, artıq onun müraciətinin nəzarətə götürüldüyünə əmin olsunlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı