Aydın Tağıyev "Cənab Ali Baş Komandan tarixi əsəri"ni yazdı – VİDEO

“Cənab Ali Baş Komandan tarixi əsərinə” musiqi bəstələnib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB) müstəqil araşdırmaçı jurnalist, yazıçı, publisist Aydın Tağıyevin müəllifi olduğu musiqi əsərinin klipi də ərsəyə gətirilib.

Ekran işinin bəstəkarı və musiqi prodüserliyi Camal Qurbanova məxsusdur.

Musiqi əsəri Xalq artistləri Alim Qasımov, İlqar Muradov, balaban ustası Əlixan Səmədov, qarmon ustası Ənvər Sadıqov, Natiq Şirinovun rəhbərliyi ilə Ritm qrupu, əməkdar artistlər Lalə Məmmədova, tarda Şəhriyar İmanov, kamançada Toğrul Əsədullayev, tanınmış gənc müğənnilər Çinarə Məlikzadə və Rəsul Əfəndiyev tərəfindən ifa edilib.

Qeyd edək ki, bəstənin səs rejissoru (mix/mastering) Toufan Mehri, video editor Elcan Məmmədli, mətn redaktorları Günel Şəmilzadə və Afaq Rza, korrektorlar Toğrul Abdullayev, Aişə Baxışıyeva, çəkiliş Ramal Nəsibli, işıq texniki Azad Qasımzadədir.

Xatırladaq ki, yazıçı Aydın Tağıyev "İlk Zəfər marşı" və "Vətən Marşı"nın müəllifidir.

Müəllifin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Fədakarlar bir amalın uğrunda" və "Böyük zəfərin 101 şəhidi" kitabları işıq üzü görüb. On ildən çoxdur ki, Azərbaycan həqiqqətlərinə dair məqalələri 10 dildə dünya mətbuatında yayımlanır. "Qızıl medal" mükafatçısıdır, "Qarabağ həqiqətləri 1992-2020" layihəsi və hazırda davam edən "Vətən" layihəsinin rəhbəridir.

Paralel olaraq, “ANmedia.az” informasiya portalı, "Əsrin aydınları" jurnalı və "Əsrin Aydınları” mükafatının həmtəsisçisidir.

Tarixi əsərin gənc bəstəkarı, musiqi prodüseri, pianoçu Camal Qurbanov,

AzTV-nin Qızıl Fonduna salınan ilk "Zəfər Marşı" və "Vətən Marşının" bəstəkarı, 2023-cü ildə Azərbaycanda keçirilən "Formula1" yarışının musiqi rəhbəri, 100 dən çox musiqi əsərinin müəllifi, "KingStar" Productionun rəhbəridir.

O, “Avropa İttifaqı Ölkələrinin Fəxri Bəstəkarı” sertifikatı ilə təltif olunub.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı naminə çalışan gənc bəstəkar, “Musiqi Label”ində ölkəmizin tanınmış ifaçıları ilə birgə iş birliyi görür və dünyanın bir çox tanınmış musiqiçiləri ilə də əməkdaşlıq edir.

Azərbaycan musiqi tarixində ilk “Zəfər Marşı”"Cənab Ali Baş Komandan tarixi əsəri"nin bəstəkarıdır.

Hazırda gələcək konserti üçün solo proyektlərinin üzərində çalışır.

“Cənab Ali Baş Komandan tarixi əsəri”nin sözlərini təqdim edirik:

Bu gün bizi xoş sabaha daşıyan

Ərənləri zəfərlərdən danışan

Qəlbi millətlə yaşayan,

Dünyaya türkün gücün aşılayan

Xalqın tarixi qəhrəmanı

Bu günü, sabahı, hər anı,

Qalib, müzəffər Ali Baş Komandanı!

Bu qələbə öndərin vəsiyyəti!

Övlada nəsiyyəti!

Qalibik daha, komandan!

Məğruruq daha, komandan!

Kömək oldu yaradan!

Qurtulduq o yaradan!

Millətinə zəfərləri yaşadan

Sizinləyik hər an

Qalib, müzəffər Ali baş Komandan!

Zəfəri dadan xalqın inamı,

Əbədidir İlhamı!

Bu tarixə imzanı

Çəkəcəkdir bir hamı!

Millətinə zəfərləri yaşadan

Sizinləyik hər an

Qalib, müzəffər Ali baş Komandan!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR