​Fələstin qruplarının nümayəndələri Moskvada görüşəcək

Fələstin qruplarının nümayəndələri fevralın 29-da Moskvada görüşəcəklər

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Fələstinli qrupların nümayəndələrinin fevralın 29-dan martın 1-dək paytaxt Moskvada görüşəcəklərini açıqlayıb.

Rusiya xəbər agentliyi Tass-a açıqlama verən Boqdanov, fevralın 29-da başlayacaq iki günlük görüşə Suriya və Livan da daxil olmaqla müxtəlif ölkələrin fələstinli nümayəndələrini dəvət etdiklərini bildirib.

Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl qeyd edib ki, fevralın 28-də HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Merzukun rəhbərlik etdiyi nümayəndə heyəti və Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Əzzam əl-Əhmədin rəhbərlik etdiyi Fəth Hərəkatı nümayəndə heyəti görüş üçün Moskvaya gələcək.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı