HƏMAS və İsrail girovlarla bağlı razılaşma üzərində işləyir - KİV

HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda saxlanılan girovların azad edilməsi və Fələstin eksklavında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın şərtləri üzərində işləyir.

Metbuat.az xəbər verir ki, “Haaretz” qəzeti bu barədə danışıqlarda iştirak edən xarici diplomatik mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, sazişin həyata keçirilməsi üçün “ideal vaxt” 2024-cü il martın 11-dən aprelin 9-na təsadüf edən Ramazan ayıdır. Eyni zamanda, İsrail yaxın həftələrdə Qəzza sektorunun cənubunda əməliyyatların intensivliyini azaltmaq niyyətindədir.

Fevralın 13-də Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında keçirilən görüşdə Qəzza sektorunda saxlanılan girovların azad edilməsinə dair mümkün razılaşma, həmçinin anklavda atəşkəs rejiminin tətbiqi perspektivləri müzakirə edilib. Danışıqlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, İsrailin “Mossad” kəşfiyyat agentliyinin rəhbəri Devid Barnea, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani, həmçinin Misirin Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı