Meksikanın Herrero ştatında 5.1 maqnitudalı zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 00.01 radələrində baş verən zəlzələnin ocağı Çiopansiqo şəhərindən 43 km cənub-qərbdə, 80 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.