Adolfo Urso Prezident İlham Əliyevi təbrik etdi

İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Əziz Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqı ənənəvi və yüksək səviyyəli ikitərəfli münasibətlərimizə uyğun olaraq daim uğurlu nəticələr əldə etməkdə davam edəcəkdir.

2023-cü ildə Bakıda keçirilmiş görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram və Sizinlə tez bir zamanda İtaliyada və ya ölkənizdə yenidən görüşəcəyimə ümid edirəm.

Sizə ən yüksək ehtiramımı bildirir, səmimi salamlarımı çatdırıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı