63 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi

Keçən il 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

    Qeyd edilib ki, həmin protokollar əsasında 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. 13 inzibati protokol isə hazırda məhkəmələrin icraatındadır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı