Güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbuluna başlanılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

Metbuat.az xəbər verir ki, müraciətlər 23.02.2024-cü il saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.

İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (https://mcgf.gov.az/menu/205) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.

Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 02.02.2024-cü il tarixindən başlanılıb və hazırda proses davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı