Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək

Fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildiriblər ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edəcək.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı