Mərdəkan şosesində qəza tıxaca səbəb oldu

Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Qəza səbəbindən Mərdəkan qəsəbəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR