"Hamımız bu gün bir yumruq idik" - Avropa çempionu

"Sevincimizin həddi-hüdudu yoxdur. Hamımız bu gün bir yumruq idik. Əsas odur ki, qalibiyyət əldə etdik. Bu, tək mənim yox, bütün federasiyamızın, xalqımızın sevinci və zərəfəridir".

Metbuat.az xəbər verir ki, bunu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.

109 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın ağır keçdiyini bildirib: "3-4 rəqibimlə başa-baş mübarizə apardıq. Turnirə hazırlığım da qısa vaxtda gerçəkləşib. Təlim-məşq toplanışında iştirak etmişdim. Lakin zədəyə görə geri döndüm. Şükürlər olsun ki, hər şey yaxşı oldu. Rəqiblərim çox güclü idi. Biz bu mübarizədə qalib gəldik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı