"Real Madrid"in "Rayo Valyekano" ilə 1:1 hesablı bərabərə qaldığı səfər oyununda Arda Gülerlə bağlı maraqlı detal ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, oyunun son dəqiqələrində baş məşqçi Karlo Ançelotti əslində Luka Modriçin əvəzinə Dani Seballosu oyuna daxil etmək istəyib. Məlumata görə, Ançelottinin oğlu Davide Ançelotti müdaxilə edərək, atasından Arda Güleri oyuna buraxmasını istəyib. Davide Ançelotti Ceballosun yaradıcı oyunçu olmadığını Arda Gülerin isə hücum zonasında yaradıcı olacağını irəli sürüb.
“Real Madrid”ə topa nəzarət yox, hücum lazım idi. Karlo Ançelotti oğlunun istəyi ilə razılaşıb və Arda Güleri oyuna buraxıb.