Ağdamda icra nümayəndəsi qəzada öldü

Ağdamda ərazi nümayəndəsi yol qəzasında ölüb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

    1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əliməmədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb

    Faktla bağlı araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR