Bakının bu rayonları pərakəndə ticarətdə yüksək gəlir əldə edib - SİYAHI

2023-cü ildə Bakı şəhərində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 572,9 milyon manatlıq məhsul satılıb.

Metbuat.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 7,6% artıb.

    Ötən il paytaxt sakinləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20 milyard 695 milyon manat (illik müqayisədə 2.3% çox), qeyri-ərzaq məhsullarına isə 14 milyard 877,9 milyon manat (illik müqayisədə 16% çox) vəsait xərcləyib.

    Ötən il Bakı şəhərində ən yüksək pərakəndə ticarət dövriyyəsi dekabr ayında ( 5 milyard 832 milyon manat), ən aşağı dövriyyə isə aprel ayında (2 milyard 75 milyon manat) qeydə alınıb.

    Məlumata görə, paytaxda satılmış məhsulların 99.8%-i (35 504,7 milyon manatı) özəl sektorunun təsərrüfat subyektləri tərəfindən satılıb.

    Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkələrində ən çox məhsul Nəsimi, Sabunçu və Nizami, ən az məhsul isə Pirallahı, Xəzər və Suraxanı rayonlarında satılıb.

    Rayonlar2022-ci il min. manat2023-cü il min. manat
    Nəsimi3 929 9064 695 085
    Sabunçu3 908 0684 419 865
    Nizami3 390 4044 061 523
    Xətai3 524 5874 048 014
    Nərimanov3 119 0953 493 255
    Qaradağ2 825 6713 225 367
    Yasamal2 764 5053 150 508
    Səbail2 395 3762 937 102
    Binəqədi2 480 8242 769 583
    Suraxanı1 568 1541 652 734
    Xəzər900 6491 105 191
    Pirallahı11 84714 701

    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı