KTMT-nin təhlükəsizlik sistemi Ermənistan üçün işləməyib - Qriqoryan

Ermənistan xarici və təhlükəsizlik sahəsində siyasətini şaxələndirir, bunu açıq şəkildə həyata keçirir.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O qeyd edib ki, Ermənistan xarici siyasətini şaxələndirir: “Bu, təkcə Qərbi deyil, həm də Hindistanı və bir sıra başqa ölkələri əhatə edir”.

Onun sözlərinə görə, Ermənistanın bir hissəsi olduğu təhlükəsizlik sistemi 2020-2021-ci illərdə işləməyib və buna görə də o, başqa təhlükəsizlik təminatları axtarır:

“Mən bu məsələ ilə bağlı heç bir problem görmürəm, biz öz siyasətimizdə qətiyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı