Ağdaşda silah-sursat aşkarlandı

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan "AKM" markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR