PSJ-nin ulduzu Kilian Mbappe “Real Madrid”ə keçməzdən əvvəl qol sevinci zamanı etdiyi simvolik hərəkətin hüququnu və soyad hüququnu almaq istəyir.
Metbuat.az xəbər verir ki, Mbappe bununla bağlı artıq hərəkətə keçib. “AS” qəzetinin məlumatına görə, Mbappenin qol sevinci zamanı etdiyi simvolik hərəkətin hüququnu və soyad hüququnu əldə etməkdə məqsədi şirkətlərin bundan icazəsiz istifadə etməsinin qarşısını almaqdır. Mbappe özünə aid olan hüquqları əldə edəndən sonra hər hansı şirkət bundan istifadə edərsə Mbappedən icazə almalı və ya ödəniş etməlidir.
Qeyd edək ki, Kilian Mbappenin qol sevincini qollarını yığaraq qeyd etməsini ona qardaşı Ethan tövsiyə edib. Mbappe "Etan qol vurdu və qollarını bağlayıb sevindi. 5 dəqiqə sonra dayanıb "Kylian, sən də bunu matçda edə bilərsən" dedi, mən də etdim" deyə bildirmişdi.