Universitetdən dəm qazından zəhərlənən tələbələrlə bağlı açıqlama

Şəkidə altı tələbə dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələridir.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, universitetdən bildirilib ki, hazırda filialın əməkdaşları tələbələrlə görüşdədirlər:

“6 nəfər tələbə dəm qazından zəhərlənib. Onlardan 2 nəfəri hazırda dərsdədirlər. Digər 4 nəfər tələbə isə ev şəraitində müalicə alırlar. Onların həyati təhlükələri yoxdur. Filialın əməkdaşları tələbələrlə görüş üçün onların evinə gediblər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı