Məndən yeni paltarlar və şəkillərimizi istədi - erməni əsirin həyat yoldaşı

Bakıda 20 il azadlıqdan məhrum edilən erməni təxribatçı Vigen Euljekjianın həyat yoldaşı Linda Euljekjian ötən ay əri ilə danışıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə “Hraparak”a açıqlamasında deyib.

"Biz Vigen ilə görüntülü danışdıq, daha yaxşı görünürdü. Mənə dedilər ki, Vigen əvvəlki həbsxanadadır, otağını dəyişiblər, daha uyğun otağa köçürülüblər. Vəziyyəti ötən dəfəkindən yaxşıdır, hətta bir qədər kökəlib. Məndən paltar istədi. O, tezliklə 31 erməni hərbçi ilə birgə Ermənistana qayıdacağını biləndə, paltarlarını başqa məhbuslara paylamışdı. Təəssüf ki, azadlığa buraxılmadı. Məndən yeni paltarlar, sevimli yeməklərindən bəzilərini və şəkillərimizi istədi”.

Erməni KİV-in məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Vigenin səhhətində heç bir problem olmadığını bildiriblər. Bununla belə, Vigen həyat yoldaşından da Qırmızı Xaçdan aldığı dərmanları ona göndərməsini xahiş edib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı