Sülh sazişi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib - Ceyhun Bayramov

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib

Metbuat.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul zamanı deyib.

Azərbaycanın bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı