Ötən gün səhər saatlarında "Xəzər" televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini Elqan Bəşirov müəyyən edilərək saxlanılıb".
Metbuat.az xəbər verir ki, bu məlumat modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan verilib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb.
Aparıcı 15 yaşlı qızın ailə qurması xəbərini eşidərək Kürdəmirə ailənin evinə yollanıb. Çəkiliş zamanı Lalə Azərtaşa və "Xəzər Tv" əməkdaşlarına balta ilə hücum edilib. Nəticədə operatorun kamerası qırılıb.