"Qarabağ" 1/8 finalda bu komanda ilə qarşılaşacaq

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi də bəlli olub. Ağdam təmsilçimiz 1/8 final mərhələsində Almaniyanın “Bayer Leverkusen” komandası ilə qarşılaşacaq. İlk qarşılaşma Bakıda keçiriləcək.

Qeyd edək ki,ötən gün Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşan “Qarabağ” dogma divarlar arasında 2:3 hesabı ilə məğlub olsa da, ümumi xalda 6:5 hesabı ilə qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı