"Əzmkarlıq və xarakter sayəsində oyunda dönüş edə bildik".
Metbuat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə Bakıdakı cavab oyunundan sonrakı açıqlamasında belə deyib. O bildirib:
"Dönüş nöqtələrini saymaq olar. Məncə, əzmkarlıq və xarakter. 0:2-dən sonra istəyirdim ki, 90 dəqiqə qol buraxmayaq. Əlavə vaxta hazırlaşanda, futbolçulara bir söz dedim ki, biz geri çəkilməməliyik. Nə olursa, olsun, məöğlubiyyət haqda düşünməməliyik. Dedim ki, uduzsaq da, rəqibin üzərinə getməliyik. Futbolçular inamla oynadılar, çəkinmədilər və sonda da Nəriman qol vurdu. Qələbə də onunla bitdi".