Bakıda 16 yaşlı qız itkin düşüb.
Metbuat.az-ın məlumatına görə, 22.02.2024-cü il tarixdə Əliyeva Xanım Təvəkkül qızı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan 25.06.2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının 22.02.2024-cü il tarixdə saat 00:30 radələrində naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirmişdir.
Faktla bağlı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində araşdırma aparılır.
Seyranə Quliyeva / Mətbuat.az