Bakıda qadın dəm qazından boğulub öldü

Bakıda qadın dəm qazından boğulub.

Metbuat.az-ın məlumatına görə, hadisə paytaxtın Türkan qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Zülfüqarov Zülfiyyə Balayar qızı yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı