“Əvvəl 15 yaşlı qızların gözündə şəfqət vardı, indi şəhvət var” - Akif İslamzadə

“15 yaşından 25 yaşına qədər qızların gözündə işıq, sevinc, şəfqət olardı, indi isə onların gözündə şəhvətdən başqa bir şey yoxdur…”

Metbuat.az-ın məlumatına görə, bu fikirləri yenisabah.az-a tanınmış müğənni Akif İslamzadə deyib.

Son illər tez-tez tənqid obyektinə çevrilən yerli telekanalların fəaliyyəti ilə bağlı danışan sənətçi durumun acınacaqlı olduğunu bildirib:

“Mən şəxsən yerli telekanallara baxmıram. Televizoru ancaq futbol matçlarını izləmək üçün yandırıram, bəzən də maraqlı, tarixi sənədli filmlərə baxıram.

Telekanallarımızın vəziyyəti acınacaqlıdır. Bir dəfə gəlib gördüm ki, əmim oğlu oturub “Komedixana”ya baxır. 10 dəqiqə gözüm sataşdı, mən də izlədim, elə bir neçə dəqiqə keçmişdi ki, həm rejissorların, həm də aktyorların gününə ağladım, sonra oturan tamaşaçıların gününə güldüm. Bunlar hamısı bərbad təhsil sisteminin “bəhrəsidir”. Hər şeyin kökündə təhsil dayanır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı