Avropa Birliyi (AB) 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.
"Biz 24 fevral 2022-ci ildən Ukraynanı dəstəkləmək üçün 83 milyard avro ayırdıq. Daha 50 milyard avro makromaliyyə yardımının əlavə paketinə daxildir", - Mişel bildirib.