Putin Ərdoğanı təbrik edib

Türkiyə prezidenti Ərdoğan ilə Rusiya lideri Putin arasında telefon danışığı olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, söhbət zamanı Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib.

Rusiya prezidenti Ərdoğana iki ölkə arasında dost münasibətlərin inkişafına verdiyi töhfəyə təşəkkür edib.

Qeyd edək ki, bu gün Ərdoğanın 70 yaşı tamam olur.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR