Mbappedən sonra növbəti super transfer - Razılıq əldə olundu

İspaniyanın "Real" klubu Almaniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Alfonso Devislə şifahi razılığa gəlib.

Metbuat.az xəbər verir ki, hadisələrin inkişafı üçün iki variant var: kanadalı bu yay, ya da 2025-ci ilin yayında, Münhen komandası ilə müqavilə müddəti başa çatanda Madrid klubuna keçəcək.

23 yaşlı kanadalı futbolçu cari mövsüm "Bavariya"nın heyətində keçirdiyi 27 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı müdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR